Bakıda özünü vəkil kimi təqdim edib insanları aldadan şəxs saxlanılıb.
Lent.az-ın məlumata görə 50 yaşlı Bayram Əlioğlu vətəndaşlara “probleminizi həll edərəm” deyərək müxtəlif məbləğlərdə pul alması ilə bağlı şikayətlər olub.
O, əvvəllər də saxta sənədlərlə bağlı cinayətə görə məhkum edilib. Aldadıldıqlarını anlayan şəxslərdən bir nəfər polisə müraciət etdikdən sonra o, Xəzər rayonunda saxlanılıb.
Hazırda araşdırmalar davam etdirilir.