Amerikanın “Sportico” portalı tarixin ən çox qazanan idmançılarının siyahısını dərc edib.
Lent.az-ın xəbərinə görə, birinci yeri inflyasiyanı nəzərə alaraq 4,5 milyard dollar gəliri olan Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu Maykl Cordan tutur.
1. Maykl Cordan (basketbol, ABŞ) - 4,5 milyard dollar
2. Tayger Vuds (qolf, ABŞ) - 2,88 milyard dollar
3. Kriştiano Ronaldo (futbol, Portuqaliya) - 2,52 milyard dollar
4. Lebron Ceyms (basketbol, ABŞ) - 2,03 milyard dollar
5. Lionel Messi (futbol, Argentina) - 1.99 milyard dollar
6. Arnold Palmer (qolf, ABŞ) - 1.85 milyard dollar
7. Cek Niklaus (qolf, ABŞ) - 1.83 milyard dollar
8. Devid Bekhem (futbol, İngiltərə) - 1.68 milyard dollar
9. Rocer Federer (tennis, İsveçrə) - 1.67 milyard dollar
10. Floyd Meyvezer (boks, ABŞ) - 1.57 milyard dollar