İspaniyanın vitse çempionu "Real" və Londonun "Arsenal" klubları "Bayer"in hücumçusu Kristian Kofanın transferi ilə maraqlanır.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya klubu 19 yaşlı kamerunlu futbolçu üçün 60-70 milyon avro tələb edir.
Kristian Kofan bu mövsüm "Bayer"də 24 oyunda meydana çıxıb, beş qol vurub və üç məhsuldar ötürmə edib.