Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç millisini tərk etmək fikrində deyil.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi 2024-cü il Avropa çempionatında çıxış etməyi planlaşdırır. Müdafiəçi Domaqoy Vida və yarımmüdafiəçi İvan Perişiçin də heyətdə qalacağı gözlənilir.
Modriç 2006-cı ildə Xorvatiya millisində debüt edib. 37 yaşlı futbolçu millidə 166 oyun keçirib. Onun hesabında 24 qol və 27 məhsuldar ötürmə var.
Daha əvvəl Modriç gələcəyi ilə bağlı qərar verdiyini, lakin bu barədə daha sonra açıqlama verəcəyini bildirmişdi.