NASA-nın direktoru Cared İsaakman bildirib ki, yadplanetlilərin axtarışı NASA-nın missiyasının əsasını təşkil edir.
Lent.az xəbər verir ki, İsaakman bu barədə bəşəriyyətin kainatda tək olub-olmaması sualının NASA-nın işindəki rolu ilə bağlı suala cavab verərkən danışıb.
"Bəli, bu, agentliyin missiyasının əsasını təşkil edir", - o deyib.
NASA rəhbəri yadplanetlilərin həqiqətən var olub-olmaması ilə bağlı heç bir şey deməyib.