Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri HAKİM QARŞISINDA
03 aprel 2026 12:37 (UTC +04:00)

Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri HAKİM QARŞISINDA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvlərinin -  Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko, İlia Bezuqlinin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirib.

Daha sonra müdafiə vəkilləri vəsatət verərək, hüquqlarını müdafiə etdikləri şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və cinayət təqibinə xitam verilməsini istəyiblər.

Məhkəmə qısa müşavirədən sonra vəsatətlərin təmin edilmədiyini, işin məhkəmə baxışına verilərək 10 aprel saat 10:30-a təyin olunduğunu bildirdi.

Xatırladaq ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə ittiham irəli sürülüb. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 28 oktyabrda Xətai Rayon Məhkəməsinin qərarı ilə onların həbs müddəti 3 ay uzadılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar