Yoxsulluqdan keçmiş 5 HOLLİVUD AKTYORU:  Yemək almaq üçün itini satdı
03 aprel 2026 10:14 (UTC +04:00)

Yoxsulluqdan keçmiş 5 HOLLİVUD AKTYORU: Yemək almaq üçün itini satdı

0

Hollivudun parıltısının arxasında çox vaxt illərlə davam edən kasıblıq, təsadüfi işlər və xəyallardan uzaq yaşayış şəraiti dayanır.

Lent.az xarici mediaya istinadla məşhurlaşmazdan əvvəl ağır günlər keçirmiş ulduzların hekayələrini təqdim edir.

Kris Pratt

Bu gün Kris Pratt böyük franşizalar, milyonluq qonorarlar və Hollivudun ən uğurlu aktyorlarından biri statusu ilə assosiasiya olunur.

Lakin, bir vaxtlar onun həyatı tamamilə fərqli idi. Şöhrət qazanmazdan əvvəl Pratt Mauidə köhnə bir furqonda yaşayır və təsadüfi işlərlə çətinliklə yaşayırdı. O, ofisiant işləyir, yalnız təməl ehtiyaclarını qarşılayır, asudə vaxtını isə çimərlikdə sörfinqlə keçirirdi. Məhz həmin dövrdə aktrisa və rejissor Rey Don Çonq ilə təsadüfi görüş, nəhayət, onun üçün kino dünyasının qapılarını açdı.

Holli Berri

Karyerasının başlanğıcında Holli Berri sənayedə özünə yer tapmaq ümidi ilə Nyu-Yorka köçdü. Lakin çox keçmədən sərt reallıqla üzləşdi: pulları bitdi, kömək istəyəcəyi heç kim yox idi.

Nəticədə, gələcək "Oskar" qalibi bir müddət evsizlər üçün sığınacaqda yaşadı. Sonralar o, məhz bu çətin mərhələnin onun xarakterini formalaşdırdığını və sona qədər mübarizə aparmağı öyrətdiyini vurğulayırdı. Bu inadkarlıq onun "Ən yaxşı qadın rolu" nominasiyasında "Oskar" alan ilk qaradərili aktrisa kimi tarixdə qalmağına səbəb oldu.

Cim Kerri

Yeniyetməlik illərində Cim Kerri ciddi ailə böhranı yaşayıb. Atası işini itirdikdən sonra ailəsi çox çətin vəziyyətə düşdü. Bir müddət onlar Ontarioda  bir yerdən başqa yerə köçərək "Volkswagen" kempində (yaşayış avtomobili) yaşadılar.

Ailəsinə kömək etmək üçün Cim qardaş və bacıları ilə birlikdə zavodda işləyirdi. Aktyor dəfələrlə qeyd edib ki, məhz həmin illərin yoxsulluğu və stressi onun yumor hissini böyük ölçüdə təsir edib. Hətta o zaman belə, o, böyük xəyalını buraxmadı və sonradan bu xəyal həqiqətə çevrildi.

Deniel Kreyq

Ceyms Bond rolundan əvvəl Deniel Kreyq çox təvazökar yaşayırdı və illərlə peşəsində inkişaf etməyə çalışırdı.

Aktyorluq yolunun başında o qədər az pulu var idi ki, bəzən London parklarındakı skamyalarda gecələməli olurdu. Həmin dövrdə Kreyq təhsil alır, kastinglərə gedir və eyni zamanda xərclərini qismən də olsa, ödəmək üçün bar və restoranlarda işləyirdi. Bəlkə də buna görə o, sonradan sərt və realist "Agent 007" obrazını o qədər inandırıcı canlandırdı.

Silvestr Stallone

Silvestr Stallonenin hekayəsi isə artıq əfsanəyə çevrilib. "Rokki" uğurundan əvvəl o, o qədər çarəsiz vəziyyətdə idi ki, yemək almağa pul tapmaq üçün itini satmağa məcbur olmuşdu.

Həmin vaxt aktyor ucuz bir otaqda yaşayır, sadəcə isinmək üçün vaxtının çoxunu kitabxanada keçirir və ardıcıl rədlərə baxmayaraq ssenari yazmağa davam edirdi. "Rokki" ssenarisi nəhayət satıldıqda onun ilk etdiyi itini geri almaq oldu. Bu hekayə sonradan uğurun hansı çətinliklərlə gəldiyini ən məşhur simvollarından birinə çevrildi.

Sevda Rumi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar