Yeyin və xəstələnməyin  - şokoladın gözlənilməz  faydası
03 aprel 2026 17:55 (UTC +04:00)

Yeyin və xəstələnməyin - şokoladın gözlənilməz faydası

0

Həftədə ən azı bir dəfə şokolad yemək ürəyin işemik xəstəliyinə tutulma riskini azalda bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 336 mindən çox insan üzərində aparılan araşdırma göstərib ki, şokolad ürək damarlarını qorumağa və onların tutulmasının qarşısını almağa kömək edir.

Şokoladın faydası

Alimlər son 50 ildə aparılmış çoxsaylı tədqiqatları birləşdirərək şokolad istehlakı ilə ürək xəstəlikləri arasındakı əlaqəni araşdırıblar. Təxminən 9 il davam edən müşahidələr göstərib ki, həftədə bir dəfədən çox şokolad yeyən insanlarda ürək damarlarının tutulma riski digərləri ilə müqayisədə 8 faiz daha azdır.

Tədqiqatın müəllifi doktor Çayakrit Krittanavonq bildirib ki, şokoladın tərkibində ürək üçün faydalı maddələr var. Bunlara flavonoidlər, polifenollar və digər faydalı birləşmələr daxildir.

“Araşdırmamız göstərir ki, şokolad ürək damarlarının sağlam qalmasına kömək edir. Bu maddələr iltihabı azalda və ‘yaxşı’ xolesterinin səviyyəsini artıra bilər”, - alim qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar