Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Çelsi”nin futbolçusu Nqolo Kante sıradan çıxıb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi millinin heyətində zədələnib.
”Qarabağ”ın rəqibində növbəti itki
0
0
Belə ki, Kante Fransa yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bolqarıstanla keçirdiyi matçda (1:0) xəsarət alıb. Tibbi müayinədən sonra təcrübəli futbolçunun İngiltərə çempionatında “Kristal Pelas”la matçda iştirak etməyəcəyi müəyyənləşib.
Qeyd edək ki, “Çelsi”nin digər oyunçusu Alvaro Morata da hazırda zədəlidi.
0
0