Avqustun 27-də əsl transfer bombası partlayıb – Kriştianu Ronaldu, “Juventus”dan “Mançester Yunayted”ə keçib, baxmayaraq ki, hamı portuqaliyalını Siti şəhərində gözləyirdi.
Lent.az xarici mediaya istinadla bildirir ki, Ronaldo “Mançester Yunayted”də həftədə 480 min funt sterlinq qazanacaq və bu onu avtomatik olaraq Premyer-liqanın ən çox qazanan oyunçusu edir.
Əgər bu məbləği gündəliyə köçürsəniz, 68 min funtdan çox edir. Daha doğrusu, portuqaliyalı bir saat ərzində 2857, bir saniyədə isə 0,78 funt və ya bir dollardan bir qədər çox qazanacaq.
“Çelsi”nin hətta yeni transferi Rolmelu Lukaku bonusları ilə birlikdə 36 yaşlı veteranın müqaviləsindəki məbləğə çata bilmir.
Ancaq Ronaldo dünyanın ən çox qazanan oyunçusu deyil. Onun rəqibi Lionel Messi PSJ-də həftədə milyon funt qazanacaq. Neymarın qazancı isə həftədə 600 min funtdur.
İngiltərə Premyer-liqasının ən çox maaş alan 10 futbolçusu:
* Kriştianu Ronaldu (“Mançester Yunayted”) – 480 min funt
* Romelu Lukaku (“Çelsi”) – 450 min
* Kevin de Bryune (“Mançester Siti”) - 385 min
* Cek Qriliş (“Mançester Siti”) – 380 min
* David de Xea (“Mançester Yunayted”) – 375 min
* Pyer-Emerik Obameyanq (“Arsenal”) – 350 min
* Rahim Sterlinq ((“Mançester Siti”) – 300 min
* Harri Keyn (“Tottenhem”) – 300 min
* Pol Poqba (“Mançester Yunayted”) – 290 min
* Antoni Marsyal (“Mançester Yunayted”) – 250 min
Xatırladaq ki, Ronaldo artıq 2003-2009-cu illərdə "Mançester Yunayted"də çıxış edib. Bu müddət ərzində portuqaliyalı 292 oyunda 118 qol vurub.
Portuqaliyalı “Mançester Yunayted”in heyətində 3 dəfə İngiltərə çempionu, 2 dəfə İngiltərə liqa Kubokunu və bir dəfə İngiltərə Kubokunu qazanıb.
Bundan əlavə, Ronaldu bu komanda ilə 2008-ci ildə Çempionlar liqasının və dünya klub çempionatının qalibi olub.