“Əl-Nasr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo karyerasının əvvəlində “Latsio”nun futbolçusu ola bilərdi.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bunu futbol agenti Alessandro Modji deyib.
"Mendes (Ronaldonun keçmiş agenti – red.) "Latsio"nun keçmiş idman direktoru Kalieri ilə yaxşı dost idi. “Latsio”nun o vaxtkı prezidenti Kraniottiyə Kriştianonun xidmətlərini təklif etdik. Amma o cavab verdi ki, Kriştianonu istəmirəm. O, “əsl” Ronaldoya (Braziliya millisinin keçmiş hücumçusu – red.) üstünlük verəcəyini bildirib. Ona görə də danışıqlar aparılmadı”, - Modji vurğulayıb.
"Latsio"nun Sercio Kranottinin idarə etdiyi dövrdə Roma klubu A Seriyasını, iki dəfə İtaliya Kubokunu və Superkubokunu, Kuboklar Kubokunu və UEFA Super Kubokunu qazanıb.