Qubada iki minik avtomobili toqquşdu, 4 nəfər xəsarət aldı
11 aprel 2026 21:41 (UTC +04:00)

Qubada iki minik avtomobili toqquşdu, 4 nəfər xəsarət aldı

0

Quba rayonu 2-ci Nügədi kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, “LADA Priora” və “Toyota Prius” markalı iki avtomobilin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, xəsarət alanlardan biri ambulator müalicə üçün evə buraxılıb. Digər 3 nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir.

Quba Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 11.04.2026-cı il tarixində saat 17:10 radələrində baş verən qəza ilə əlaqədar 4 nəfər (2 kişi, 2 qadın) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları, göz qapağının açıq yarası və sol bud sümüyünün sınığı diaqnozları təyin olunub və onlara zəruri tibbi yardım göstərilib.

Məlumata görə, vəziyyəti orta ağır qiymətləndirilən 1962-ci il təvəllüdlü qadın, 1963-cü il təvəllüdlü kişi və 2000-ci il təvəllüdlü qadının müalicəsi Travmatologiya şöbəsində davam etdirilir.

2000-ci il təvəllüdlü kişinin vəziyyəti isə qənaətbəxş qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar