Salyanda yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Quyçu kəndində qeydə alınıb.
"VAZ 2107" markalı avtomonillə "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.