Abşeronda itkin düşən şəxsin restoranda öldüyü məlum olub.
Lent.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Şəhər sakini 42 yaşlı Samir Asif oğlu Həmzəyev aprelin 10-da restoranda ürək çatışmazlığından ölüb. Məlum olub ki, o, bir gün əvvəl yəni aprelin 9-da özünə məxsus "Hyundai" markalı avtomobillə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.