Yağışın fəsadlarının aradan qaldırılması davam etdirilir - VİDEO
11 aprel 2026 16:25 (UTC +04:00)

Yağışın fəsadlarının aradan qaldırılması davam etdirilir - VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri davam etdirilir.

Bu barədə Lent.az-a nazirlikdən bildirilib.

Qeyd edilib ki, hazırda Bakı şəhərinin Xəzər, Nizami, Sabunçu, və Səbail rayonlarında, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

Xatırladaq ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar