Nizar Amidi İraqın yeni prezidenti seçilib
Lent.az xarici mediaya istinadla bildirir ki, İraqın yeni prezidentinin seçilməsi üzrə keçirilən səsvermənin ikinci turunda Kürdüstan Vətənpərvərlər İttifaqının rəsmi namizədi Nizar Amidi ilə Muthanna Amin arasında rəqabət baş tutub.
Səsvermənin nəticələrinə əsasən, Nizar Amidi səslərin əksəriyyətini qazanaraq Bağdad şəhərində yerləşən “Sülh Sarayı”nda Abdullatif Rəşid-in yerini tutub.
İraq mediasının məlumatına görə, səsvermənin ikinci turunda 249 deputat iştirak edib.