"Qəbələ"də iki nigeriyalı futbolçu
13 sentyabr 2021 16:46 (UTC +04:00)

"Qəbələ"də iki nigeriyalı futbolçu

0

“Qəbələ” heyətinə daha 2 futbolçu cəlb edib.

Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Nigeriyadan yeni oyunçular gətirib.

Bunlar Çiçin Akande və Munaçi Okvaradır. Yarımmüdafiə xəttində çıxış edən adıçəkilən oyunçulardan Akandenin 18, Okvaranın isə 20 yaşı var. Hər iki futbolçu “Qəbələ”nin əvəzedici heyətinin I divizion üçün iştirak ərizəsinə salınıb. Ancaq onlar istənilən vaxt əsas əsas komandanın heyətində Premyer Liqada iştirak edə bilər.

Qeyd edək ki, I divizionda 2021/22 mövsümünə sabah start veriləcək. İlk gündə “Qəbələ” “Kəpəz”lə səfərdə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1659

Oxşar yazılar