OMİK-in hücumçusu Fedor Çalov “Qalatasaray”a keçməyə razılaşıb.
Lent.az bildirir ki, bu barədə Türkiyənin “Fanatik” nəşri xəbər verir.
Mənbənin məlumatına görə, İstanbul klubunun rəhbərliyi futbolçunun agenti ilə əlaqə saxlayıb və ordu klubunun forvardı transferə razılıq verib. Növbəti addım klubla danışıqlar olacaq.
Bir müddət əvvəl tanınmış insayder Fabrisio Romano bildirmişdi ki, “Qalatasaray”dan başqa “Fənərbaxça” da Çalova iddialıdır.
25 yaşlı rusiyalı ötən mövsüm OMİK-in heyətində 41 oyun keçirib, 24 qol vurub və 6 məhsuldar ötürmə edib. Çalovun Moskva klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Portal “Transfermarkt” futbolçunun dəyərini 12 milyon avro qiymətləndirir.