"Barselona"nın keçmiş futbolçusu Dani Alveşin işi ilə bağlı aparılan istintaqın təfərrüatları məlum olub.
Lent.az xarici mediaya istinadla xatırladır ki, braziliyalı zorlamada ittiham olunur.
İspaniya mətbuatının məlumatına görə, polis zərərçəkənin ifadəsindən əlavə, hadisə yerində Alvesin barmaq izlərini tapıb, həmçinin qızın xəsarətlərini və toxum izlərini qeydə alan məhkəmə-tibb ekspertinin nəticəsini alıb.
Əlavə edək ki, Alves yanvarın 20-də saxlanılıb, zorlama hadisəsi Barselonadakı gecə klublarından birində baş verib.
Futbolçu cinsi təcavüzdə ittiham olunub. Onu 4 ildən 12 ilə qədər həbs gözləyir.