İrandan məhdudiyyət - Gündə on iki gəmi keçə bilər
12 aprel 2026 06:15 (UTC +04:00)

İrandan məhdudiyyət - Gündə on iki gəmi keçə bilər

0

İran Hörmüz boğazından gündə təxminən on ikidən çox gəmi buraxmaq niyyətində deyil və hər gəmi üçün ödəniş potensial olaraq iki milyon dollara çatacaq.

Bu barədə "Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Bu ay ABŞ ilə əldə edilən atəşkəsin bir hissəsi olaraq, İran vasitəçilərə keçən gəmilərin sayını gündə təxminən on iki ilə məhdudlaşdıracağını və ödəniş alacağını bildirib. Ən böyük supertankerlər üçün ödəniş iki milyon dollara çata bilər", - məlumatda deyilir.

Qəzetin məlumatına görə, artıq bir neçə gəmi sahibi olan ölkə Hörmüz boğazından keçmək üçün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə danışıqlar aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar