Poçettino PSJ-dən getdi
16 iyun 2022 15:10 (UTC +04:00)

Poçettino PSJ-dən getdi

0

PSJ-nin baş məşqçisi Maurisio Poçettino istefaya göndərilib.

Lent.az bildirir ki, ESPN-in məlumatına görə, tərəflər iyunun 15-də müqaviləyə xitam vermək barədə razılığa gəliblər.

Qeyd edək ki, argentinalının komanda ilə müqaviləsi qüvvədə idi və 2023-cü ilin yayında başa çatır. Bu mövsüm Poçettinonun rəhbərlik etdiyi klub 1-ci Liqada inamlı qələbə qazansa da, Fransa Kubokunda və Çempionlar Liqasında uğursuz çıxış edib.

Jurnalistlərin informasiyasına görə, PSJ-nin baş məşqçisi postuna əsas namizəd “Nitsa”nın çalışdırıcısı Kristof Qaltyedir. Bu posta mütəxəssisi Leonardonu əvəzləyən parislilərin yeni idman direktoru Luis Kampos irəli sürür.

Bundan əlavə, iddiaçılar arasında Zinəddin Zidan, Xulen Lopeteqi, Marselo Qalardo və Ruben Amorimin adları da var.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1787

Oxşar yazılar