Neymarın karyerasında İLK:  ən məhsuldar…
01 sentyabr 2022 18:33 (UTC +04:00)

Neymarın karyerasında İLK: ən məhsuldar…

0

Braziliya millisinin və Fransa çempionu PSJ-nin hücumçusu Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, Braziliya millisi və PSJ ilə meydana çıxdığı son 10 oyunda 11 qol vurub.

Fransa çempionatının 5-ci turunda PSJ səfərdə "Tuluza"nı 3:0 hesabı ilə məğlub edib. Neymar, Kilian Mbappe və Xuan Bernat fərqləniblər.

Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Onun Paris klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1944

Oxşar yazılar