Mourinyonun İtaliya çempionatındakı  ən ağır məğlubiyyəti
05 sentyabr 2022 14:32 (UTC +04:00)

Mourinyonun İtaliya çempionatındakı ən ağır məğlubiyyəti

0

“Roma” cari mövsümdə ilk dəfə böyük hesabla uduzub.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi İtaliya A seriyasının V turunda “Udineze”yə 0:4 hesabı ilə məğlub olub.

Bu, “canavarlar”ın baş məşqçisi Joze Mourinyonun İtaliya çempionatındakı ən ağır məğlubiyyətidir. Antirekorda üzülən portuqaliyalı A seriyasında heç vaxt 4 və ya daha çox top fərqli yenilgi ilə üzləşməyib.

Onun məşqçilik karyerasında isə üçüncü dəfə belə hal yaşanıb. Mourinyolu “Real” “Barselona”ya 0:5, “Mançester Yunayted” isə “Çelsi”yə 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis A seriyasında avqustun ən yaxşı məşqçisi seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3101

Oxşar yazılar