Fransalı Kristof Qaltye argentinalı hücumçu Lionel Messinin komandadan ayrıldığını elan edəndən sonra PSJ-nin baş məşqçi postunu tərk edəcək.
Lent.az xəbər verir ki, qərar Fransa futbol çempionatının bu mövsüm 38-ci turunda PSJ-nin “Klermon”la qarşılaşacağı final oyunundan sonra açıqlanacaq. Görüş Parisdə “Park des Princes” stadionunda baş tutacaq. Ancaq yayılan son xəbərlərə görə PSJ rəhbərliyinin Qaltyenin getməsi ilə bağlı hələlik yekun qərar vermədiyi bildirilir. Məlumatlara görə, klub rəhbərliyi baş məşqçi ilə görüşərək onun klubdakı gələcəyi ilə bağlı müzakirə aparmaq istəyirlər.
İyunun 1-də Qaltye demişdi ki, Fransa çempionatının 38-ci turunda “Klermon”la matç 35 yaşlı Messi üçün parislilərin formasında sonuncu oyunudur.
Qaltye 2022-ci il iyulun 5-dən komandanı idarə edir. Onun rəhbərliyi altında komanda Fransa çempionluğunu qazanıb və turnirin 1/8 finalında “Bavariya”ya uduzaraq Çempionlar Liqasını tərk edib.