"Mançester Siti" yeni baş məşqçisini  müəyyənləşdirdi
19 may 2026 15:28 (UTC +04:00)

"Mançester Siti" yeni baş məşqçisini müəyyənləşdirdi

0

İngilis klubu Mareskanı Xosep Qvardiolanın ideal varisi kimi görür və danışıqları tez bir zamanda başa çatdırmağa ümid edir.

“Lester” və “Çelsi” komandalarının keçmiş məşqçisi Enzo Mareskanın "Mançester Siti"nin yeni baş məşqçisi olacağı gözlənilir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ingilis klubu və 46 yaşlı italyan mütəxəssis gələcək əməkdaşlıqları ilə bağlı tam şifahi razılığa gəliblər. 

Yeni məşqçinin müqaviləsinin üç il müddətinə bağlanacağı gözlənilir.

“Şəhərlilər”in rəsmiləri italyan mütəxəssisi Xosep Qvardiolanın yerinə əla namizəd hesab edir və müqavilənin tezliklə yekunlaşacağı gözlənilir. 

Məlum olduğu kimi, Mareska 2022-ci ildən 2023-cü ilə qədər Qvardiolanın "Mançester Siti"dəki məşqçilər heyətinin üzvü olub, daha sonra "Lester" və "Çelsi"də çalışıb və yanvar ayında komandadan ayrılıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar