Rusiyada binaya dron HÜCUMU: azərbaycanlı uşaq  həlak oldu - VİDEO
19 may 2026 10:28 (UTC +04:00)

Rusiyada binaya dron HÜCUMU: azərbaycanlı uşaq həlak oldu - VİDEO

0

Ukrayna pilotsuz uçan aparatlarının (PUA) Rusiyada yaşayış binasına hücumu zamanı azərbaycanlı uşaq həlak olub.

Lent.az xəbər verir ki, hadisə mayın 15-də Ryazan şəhərində qeydə alınıb.

Məlumata görə, binaya dron hücumu zamanı Ağcabədi rayon sakini olan 8 yaşlı Sevinc Quliyeva həlak olub. O, mayın 16-da Qaraxanlı kəndində dəfn edilib.

Qeyd edək ki, binaya dron hücumu zamanı 1-i uşaq olmaqla, 3 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 461

Oxşar yazılar