“Qarabağ” fransalı oyunçunu  transfer etdi
18 may 2026 19:18 (UTC +04:00)

“Qarabağ” fransalı oyunçunu transfer etdi

0

2026/27 mövsümünün transfer çalışmalarına start verən “Qarabağ” klubu ilk transferini gerçəkləşdirib.

Lent.az kluba istinadən xəbər verir ki, fransalı cinah oyunçusu Jali Muaddiblə 3 illik müqavilə imzalanıb.

Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, klubda 7 nömrəli formanı geyinəcək.

Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar