ABŞ İranın dəniz blokadası başlayandan 85 ticarət gəmisini  ələ keçirib
19 may 2026 06:38 (UTC +04:00)

ABŞ İranın dəniz blokadası başlayandan 85 ticarət gəmisini ələ keçirib

0

Dəniz blokadası tətbiq ediləndən bəri Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri (HDQ) İranla əlaqəsi olan 85 ticarət gəmisini saxlayıb və başqa istiqamətə yönləndirib.

Lent.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Birləşmiş Ştatların Mərkəzi Komandanlığı İran limanlarının Amerika blokadası şərtlərinin yerinə yetirilməsini ardıcıl və qəti surətdə təmin etməyə davam edir. ABŞ HDQ blokada rejiminə tam riayət olunması məqsədilə indiyədək 85 ticarət gəmisini başqa istiqamətə yönləndirib", - rəsmi bəyanatda qeyd olunub.

Cəmi bir neçə saat əvvəl komandanlıq 84 gəminin saxlanılması barədə məlumat vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar