Niyə nağd pul  çıxardıqdan sonra qəbz çap etməməlisiniz?   - gizli təhlükə
19 may 2026 12:09 (UTC +04:00)

Niyə nağd pul çıxardıqdan sonra qəbz çap etməməlisiniz? - gizli təhlükə

0

Banklar nağd pul çıxardıqdan sonra qəbz çap etməyin təhlükəli ola biləcəyi barədə vətəndaşlara xəbərdarlıq edirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bankomatdan pul çıxardıqdan sonra “qəbzi çap et” düyməsini seçmək istifadəçilər üçün gizli risk yaradır. Çünki həmin kağız parçasında dələduzların istifadə edə biləcəyi vacib maliyyə məlumatları yer ala bilər.

Ekspertlər bildirirlər ki, qəbz üzərində hesabda qalan məbləğ, əməliyyat məlumatları və digər şəxsi bank detalları əks oluna bilər. Əgər bu məlumatlar üçüncü şəxslərin əlinə keçərsə, müxtəlif fırıldaq sxemlərində istifadə oluna bilər.

Bu səbəbdən banklar müştərilərə məlumatları yalnız bankomat ekranında yoxlamağı və ya mobil bank tətbiqlərindən istifadə etməyi tövsiyə edir.

Mütəxəssislər qeyd edirlər ki, çekə ehtiyac yaranarsa, istifadə etdikdən sonra onu tamamilə məhv etmək vacibdir. Çünki cırılmış və ya zibilə atılmış çeklərdən belə məlumatların bərpa olunması mümkündür.

Bundan əlavə, vətəndaşlara bankomatlardan istifadə zamanı ehtiyatlı olmaq tövsiyə edilir. Xüsusilə kart daxil edilən hissədə şübhəli qurğuların olub-olmaması yoxlanılmalı, PIN-kod daxil edilərkən isə klaviatura əl ilə örtülməlidir.

Ekspertlər tanımadıqları şəxslərin kömək təkliflərinə də inanmamağı məsləhət görürlər. Əgər kart bankomatın içində qalarsa, dərhal bankla əlaqə saxlamaq tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar