Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatının III tur matçını da buraxa bilər.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Xorvatiya mətbuatı yayıb.
Bildirilib ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Şkupi” ilə bu gün səfərdə üz-üzə gələcək zaqreblilər 4 oyunçunu Şimali Makedoniyaya aparmayıb. Bunlar müdafiəçilər Boşko Şutalo, Yosip Şutalo, yarımmüdafiəçi Marko Bulat və Emrelidir.
Adıçəkilən oyunçulardan yalnız Boşkonun ölkə çempionatının növbəti turuna hazır olacağı dəqiqdir. Digər 3 futbolçunun “İstra 1961”lə qarşılaşmada da iştirakı sual altındadır.
Qeyd edək ki, “Dinamo” – “İstra 1961” görüşü iyulun 29-da keçiriləcək.