“Liverpul”dan 5 milyonluq  transfer
12 aprel 2022 04:59 (UTC +04:00)

“Liverpul”dan 5 milyonluq  transfer

0

“Liverpul” heyətinə yeni yarımmüdafiəçi qatacaq.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, mersisaydlılar Fabio Karvalyo ilə güclənəcək.

“Fulhem”in oyunçusunun keçidi razılaşdırılıb. O, klubunun razılığı ilə tibbi müayinədən də keçib.

5 illik müqavilə imzalayacaq Fabio 2027-ci ilədək “Liverpul”un formasını geyinəcək. Bu keçid üçün 5 milyon avro ödəniləcək. 2,7 milyonluq əlavə bonuslar da nəzərdə tutulub. Klub rəhbərliyi yeni oyunçunu icarəyə verməyi planlaşdırmır.

Qeyd edək ki, Karvalyo cari mövsümdə 27 matçda 7 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1818

Oxşar yazılar