Bu ölkədə 50 körpənin  qalıqları tapıldı
21 aprel 2026 14:16 (UTC +04:00)

Bu ölkədə 50 körpənin qalıqları tapıldı

0

Trinidad və Tobaqo Respublikasında 50 körpə, eləcə də 6 yetkin insana aid sirli qalıqlar aşkar edilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, qalıqlar Kumuto şəhərinin qəbiristanlığında tapılıb. 

Yetkin insanlara aid bütün cəsədlərin üzərində identifikasiya nişanları olub. Məhkəmə-tibbi ekspertlərin müəyyən etdiyinə görə, onlardan ikisinə ölümündən sonra yarılma (autopsiya) aparılıb. Qalıqların mənşəyi hələlik məlum deyil. Ehtimal olunur ki, bu, sahibsiz qalmış cəsədlərin gizli şəkildə dəfn edildiyi yer ola bilər. Araşdırma davam edir.

Son aylarda Trinidad və Tobaqo Respublikasında cinayətkarlığın artması səbəbindən fövqəladə vəziyyət elan edilib. 2026-cı ilin əvvəlindən etibarən ölkədə artıq 60-dan çox ölümcül hücum qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar