İbrahimoviç Çempionlar Liqasında  oynamayacaq   - SƏBƏB
03 sentyabr 2022 14:25 (UTC +04:00)

İbrahimoviç Çempionlar Liqasında oynamayacaq - SƏBƏB

0

Çempionlar Liqasının qrup mərhələsində oynayacaq klubların iştirak ərizələri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Zlatan İbrahimoviç turnirdə iştirak etməyəcək.

İsveçli hücumçu “Milan”ın sifariş vərəqinə daxil olunmayıb. Zədədən sonra bərpa dövrü keçən 40 yaşlı veteran yalnız sonrakı mərhələlərdə heyətə salına bilər.

Zlatan “Milan”a qrupda kömək etməyəcək yeganə oyunçu deyil. Kiprian Tataruşanu, Aster Vranks, Malik Tiau, Yasin Adli və Temue Bakayako da qrupda “rossonyeri”yə lazım olmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2286

Oxşar yazılar