"Barselona" "Mançester Siti"nin türk əsilli futbolçusu İlkay Gündoğanın agentindən müsbət mesajlar alıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, mənbənin sözlərinə görə, xəbərlərdə Gündoğanın katalonların təklifini qəbul edəcəyi bildirilir.
Yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsi iyunun 30-da başa çatır və o, son qərarını nəzərdən keçirmək üçün "Barselona"dan vaxt istəyib.
Dünən günün sonunda Gündoğanın agenti Kataloniya klubunun rəhbərliyinə müştərisinin “hə” deməyə yaxın olduğunu bildirib. Yekun razılaşma hələ təsdiqlənməyib.