"Çelsi"dən REKORD: Transferlərə hamıdan çox  pul xərclədi
01 fevral 2023 14:22 (UTC +04:00)

"Çelsi"dən REKORD: Transferlərə hamıdan çox pul xərclədi

0

"Çelsi" tarixinin ən gərgin qış transfer kampaniyalarından birini keçirib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, “aristokratlar” yanvar ayındaki transferlərə bonuslar nəzərə alınmadan təxminən 329,5 milyon avro xərcləyib. Bu, Almaniya Bundesliqası, İtaliya A Seriyası, Fransa Liqa 1 və İspaniya La Liqasındakı bütün klubların hamısının xərclələrindən çoxdur.

Xatırladaq ki, qış transfer pəncərəsində "Çelsi" Enzo Fernandes (121 milyon avro), Mixail Mudrik (70 milyon avro), Benya Badyaşilya (38 milyon avro), Noni Madueke (35 milyon avro), Malo Qyusto (30 milyon avro), Andrej Santos (12,5 milyon avro), David Datro Fofan (12 milyon avro) və João Feliks üçün (11 milyon avroya icarə) ödəyib.

"Çelsi" Premyer Liqanın turnir cədvəlində 10-cu yerdədir. Qrem Potterin komandası səkkiz qələbə qazanaraq 29 xal toplayıb. London komandası növbəti oyununu fevralın 3-də evdə "Fulhem"lə keçirəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2333

Oxşar yazılar