Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellinqem klubu ilə müqaviləsini yeniləməyəcək.
Lent.az bildirir ki, bu barədə İngiltərə mətbuatı xəbər verir.
Mənbənin məlumatına görə, futbolçu yeni müqavilə təklifini rədd etmək niyyətindədir. Onun hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.
“Transfermarkt” portalının transfer dəyərini 110 milyon avro dəyərində qiymətləndirən Bellinqhem üçün "Borussiya"dan başqa, "Mançester Siti", "Çelsi", "Mançester Yunayted", "Real" və "Liverpul" iddialıdır.
Bellinqhem bu mövsüm "Dortmund"un heyətində 23 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.