“Barselona”nın prezidenti Joan Laporta “Una Nueva Era” sənədli filminin təqdimat mərasimində bildirib ki, o, heç vaxt hazırkı vəzifəsini tutmaq istəməyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, mərkəz hücumçusu olmaq istədiyi deyib:
“Futbolçusansa, şöhrətin, pulun var... Klub prezidenti olmaq arzusunda olan adam axmaqdır. Mən bunu heç xəyal etməmişdim”.
Laporta 2003-2010-cu illərdə “Barselona”nın prezidenti olub və 2021-ci ilin martında yenidən bu vəzifəyə qayıdıb.