"Barselona"nın hücumçusu Robert Levandovski hazırkı komandasını katalonlara keçənə qədər 8 mövsüm oynadığı "Bavariya" ilə müqayisə edib.
“Təşkilati səviyyədə bütün top klublar oxşardır. Mən bu məsələdə böyük fərq görmürəm - sadəcə insanların mentaliteti fərqlidir. Almanlar ispanlardan fərqlidir. Barselonada insanlar hər gün gülümsəyir. Hava həm də bir gün əvvəl çətin olsa belə, üzünüzdə təbəssümlə oyanmağa kömək edir", - Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Levandovski deyib.
Kataloniya klubu ilə ilk mövsümündə polşalı hücumçu La Liqanın bombardiri olub (34 oyunda 23 qol). O, “Barselona” ilə İspaniya çempionu titulunu da qazanıb.