“Arsenal”ın müdafiəçisi "Barselona"ya keçdi
02 sentyabr 2022 14:45 (UTC +04:00)

“Arsenal”ın müdafiəçisi "Barselona"ya keçdi

0

"Barselona" transfer pəncərəsinin son günündə "Arsenal"ın müdafiəçisi Hektor Bellerin transferini açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ispaniyalı daha əvvəl “topçular”la müqaviləni pozduğundan və azad agent kimi kataloniyalıların sıralarına qoşulduğundan futbolçunu Kataloniya klubu pulsuz əldə edib.

27 yaşlı futbolçu ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, müdafiəçi "Barselona"nın yetirməsidir, lakin gənc yaşda 2013-cü ildən çıxış etdiyi "Arsenal"a keçib.

Bellerin ötən mövsümü İspaniyanın “Betis” klubunda icarə əsasında keçirib və La Liqada 23 oyunda 2 məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1681

Oxşar yazılar