Ançelotti "Real”ın qışda  futbolçu almamasının   səbəbini AÇIQLADI
02 fevral 2023 01:49 (UTC +04:00)

Ançelotti "Real”ın qışda futbolçu almamasının səbəbini AÇIQLADI

0

"Real"ın baş məşqçisi Karlo Ançelotti qış transfer pəncərəsində transferlərin olmamasına münasibət bildirib.

 “Biz qışda sövdələşmələr bağlamadıq, çünki buna ehtiyac yox idi. Yayda işinizi yaxşı planlaşdırırsınızsa, qışda bazara girməyə ehtiyac yoxdur”, - Lent.az xarici mediaya istinadla bildirir ki,  mütəxəssis vurğulayıb.

Xatırladaq ki, 18 turdan sonra "Real" 42 xalla İspaniya çempionatının turnir cədvəlində lider "Barselona"dan 5 xal geri qalır.

Madrid klubu son oyununda evdə "Real Sosyedad"ı məğlub edə bilməyib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1797

Oxşar yazılar