“Lokomotiv” və “Spartak”ın keçmiş yarımmüdafiəçisi Aleksandr Səmədov Rusiya millisinin baş məşqçisi Valeri Karpinin futbolçulara Rusiya Preemyer Liqasını xarici çempionatlara dəyişməyi tövsiyə etdiyi çağırışını şərh edib.
“Mən Karpinin sözləri ilə razıyam. Çempionat zəifləyir. Əgər futbolçuların Avropaya gedib orada oynamaq imkanı varsa, o zaman getməlidirlər. Beləliklə, futbolçular daha güclü olacaq”, - Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Səmədov ahibəsində bildirib.
Bundan əvvəl Rusiya millisinin məşqçisi Valeri Karpin deyib ki, Rusiyadan olan futbolçular inkişaf etmək üçün klub qeydiyyatını dəyişməli və xarici liqalardan olan komandalara keçməlidirlər.