AFFA-ya yeni baş katib təyin olunacaq –  bu gün iclasdır
17 mart 2022 05:00 (UTC +04:00)

AFFA-ya yeni baş katib təyin olunacaq –  bu gün iclasdır

0

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Lent.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, tədbir martın 17-də baş tutacaq.

Yığıncaq videokonfrans formatında baş tutacaq. İclas saat 10:00-da başlayacaq. 

İclasın gündəliyində üç məsələ yer alıb. Onlardan biri AFFA-nın icraçı vitse-prezidenti və eyni zamanda baş katib olan Elxan Məmmədovun vəzifələrindən birini tərk etməsi ilə bağlıdır. Bu posta onun müavini Sərxan Hacıyev təyin ediləcək.

1. AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AVRO-2020-nin və AVRO-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsinin həvalə olunmasının müzakirəsi
 
2. Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibinin təsdiq olunması
 
3. AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, AFFA-dan təqaüd alan futbol veteranlarının siyahısına əlavələr olunması
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2148

Oxşar yazılar