"Yokohama"ya məxsus olan yaponiyalı futbolçu Kazu Miura ölkənin ikinci böyük liqasını təmsil edən Portuqaliyanın "Oliveyrense" klubuna keçib.
Lent.az bildirir ki, bu barədə Yaponiyadan olan komandanın saytı məlumat yayıb.
Futbolçu bu mövsümün sonuna kimi portuqaliyalıya icarə əsasında keçib. “Dəvət üçün çox sağ olun. Ən yaxşı keyfiyyətlərimi nümayiş etdirmək üçün əlimdən gələni edəcəyəm”, - 55 yaşlı Miura bildirib.
Miura peşəkar karyerasına 1986-cı ildə Braziliyanın “Santos” klubunda başlayıb. 1994-1995-ci illərdə İtaliyada "Genoa"da çıxış edib. 2005-ci ildən yaponiyalı hücumçu "Yokohama"nın futbolçusudur.
Miuranın Yaponiya yığmasında 89 oyunda 55 qolu var. 1992-ci ildə komanda ilə birlikdə Asiya kubokunun qalibi olub.