Yol polisindən KÜLƏK XƏBƏRDARLIĞI
10 noyabr 2021 19:02 (UTC +04:00)

Yol polisindən KÜLƏK XƏBƏRDARLIĞI

0

Bakı davam edən  küləkli hava şəraiti ilə əlaqədar olaraq şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. 

Bu barədə Lent.az-a İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli danışıb. 

O bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq nəqliyyat vasitələrini təhlükəli ərazilərdə park etməsinlər:

“Yollarda diqqəti artırsınlar. Moped və motosikl tipli nəqliyyat vasitələrindən, eləcə də yük maşınlarından istifadə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar. Sadalanan nəqliyyat vasitələri mövcud hava şəraiti üçün olduqca əlverişsizdir və təhlükəlidir. Sürücülər, piyadalar və digər hərəkət iştirakçıları küləkli hava şəraitini nəzərə alaraq, hündürmərtəbəli binaların, ağacların yanından hərəkət edərkən diqqətli olsunlar. Ehtiyac olmadığı təqdirdə hərəkətlərini məhdudlaşdırsınlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1470

Oxşar yazılar