Kamran Həsənlinin əməli sübuta yetirilsə onu <span style="color:red;">AĞIR CƏZA  gözləyir
10 mart 2016 18:23 (UTC +04:00)

Kamran Həsənlinin əməli sübuta yetirilsə onu AĞIR CƏZA gözləyir

0

Kamran Həsənlinin əməli sübuta yetirilərsə 7 ildən 12 ilədək həbs cəzası ala bilər.

Lent.az-ın məlumatına görə, Kamran Həsənlinin dələduzluq əməli sübuta yetirlərsə teleaparıcının ağır cəza gözləyir.

Onun barəsində artıq Nərimanov rayon Prokurorluğunda  Cinayət Məcəlləsinin 178.3.2(dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Maddənin açılışında bildirilir ki, şəxsin bu əməli sübuta yetirilərsə o, 7 ildən 12 ilədək azadlıqlıqdan məhrum edilə bilər. Təbii ki, burda yüngülləşdirici və ağırlaşdırıcı hallar Cinayət Prosesual Məcəlləsininin tələblərinə uyğun verilir. Hətta əməli sübuta yetirilən şəxs istintaq dövründə və yaxud məhkəmə zamanı zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəsə onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi ( şərti) ilə daha yüngül cəza tətbiq edilə bilər.

Qeyd edək ki, K.Həsənli barəsində  müğənni Samir Piriyevin şikayəti əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. S. Piriyev iddia edib ki, Kamran Həsənli onun etimadınnı qazanaraq ona məxsus 80 min dolları  dələduzluq yolu ilə ələ keçirib. Onu da xüsusi vurğulayaq ki, Nərimanov rayon Prokurorluğunda kifayət qədər dəlil olmasaydı cinayət işini aça bilməzdilər. Amma tamamilə mümkündür ki, ibtidai istintaq müddətində cinayət əməli sübuta yetirilməsin və işə xitam verilsin.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar