DİN ekstrasensin tutulması barədə məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də Təranə Babayevanın 4200 manatını dələduzluq yolu ilə almış Bakı şəhər sakini Tamilla Salamova tutulub.
Araşdırma aparılır.
*****
11:02
Bakıda özünü ekstrasens kimi təqdim edən şəxs saxlanılıb.
Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin noyabr ayında Bakı şəhər sakini Təranə Babayevanın etibarından sui-istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Tamilla Salamova tutulub.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, T.Salamova tanınmış ekstrasenslərdən sayılır. O ilanla fala baxmaqla ad çıxarıbmış və bir çox telelayihələrin iştirakçısı olub.