Ailənin 3 üzvü yol qəzasında yaralandı
11 iyul 2016 10:26 (UTC +04:00)

Ailənin 3 üzvü yol qəzasında yaralandı

0

Daşkəsən rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Daşkəsən-Gəncə yolunun 3-cü kilometrliyində "Hyundai" markalı, 99 AN 110 dövlət qeydiyyatlı avtomobillə "VAZ 2106" markalı, 04 BF 706 nömrəli maşın toqquşub. Nəticədə "VAZ 2106"nın 32 yaşlı sürücüsü, eləcə də 8 yaşlı oğlanla 27 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

 

Bildirilir ki, yaralılar bir ailənin üzvləridir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar