Qonaq getdiyi evdə qətl törədən şəxsə <span style="color:red;">20 İL HƏBS
09 mart 2016 15:55 (UTC +04:00)

Qonaq getdiyi evdə qətl törədən şəxsə 20 İL HƏBS

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rəşad Abdulrəhimovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hakimlər kollegiyasının hökmü R.Abdulrəhimov 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, qətl hadisəsi ötən il Qusar şəhərində baş verib. Qusar rayon sakini Şahin Niftəliyevin evinə gəlmiş tanışı və həmyerlisi Rəşad Abdulrəhimov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. R.Abdulrəhmanov daha sonra həmin evdə kirayədə yaşayan həmyerlisi Zibeydə Hacıbəyovanı itələyərək yıxıb. O, sonra hadisə yerini tərk edib. Ş.Niftəliyev hadisə yerində ölüb, Z.Hacıbəyova isə xəstəxanaya yerləşdirilib. Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abdulrəhimov tutulub.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar