Xaricdən gətirilən siqaret ölkəyə buraxılmadı
17 fevral 2021 11:59 (UTC +04:00)

Xaricdən gətirilən siqaret ölkəyə buraxılmadı

0

Üç fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn üç yük nəqliyyat vasitəsi saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 8500 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1308

Oxşar yazılar