Qəbələdə 10 gün əvvəl  qəzaya düşən sürücü öldü
12 oktyabr 2023 13:38 (UTC +04:00)

Qəbələdə 10 gün əvvəl qəzaya düşən sürücü öldü

0

Qəbələdə 10 gün əvvəl qəzaya düşən sürücü ölüb.

Lent.az xəbər verir ki, hadisə oktyabrın 1-də Qəbələ rayonunun Aydınqışlaq kəndi ərazisində baş verib. Seymur Zamanovun idarə etdiyi "VAZ-2107" və Əmrah Qasımovun idarə etdiyi "QAZ-53" markall avtomobillər toqquşub.

Nəticədə "VAZ"ın sürücüsü S. Zamanov xəsarət alıb, sərnişini Yevlax rayon sakini Fərman Səfərov aldığı xəsarətlərdən ölüb.

Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Seymur Zamanov aldığı xəsarətlərdən oktyabrın 11-də xəstəxanada vəfat edib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3190

Oxşar yazılar